Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Azərbaycan Beynəlxalq Bankı”nın problemli aktivləri “Aqrarkredit”in idarəetməsinə veriləcək

16 İyul 2015, 09:47 (GMT +4)

Bakı, 16 iyul, SalamNews. Prezident İlham Əliyev “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında fərman imzalayıb.

SalamNews-un məlumatına görə, fərmanda qeyd olunur ki, Azərbaycan Respublikasında sahibkarların və əhalinin maliyyə-bank xidmətlərinə çıxışının təmin olunması və ölkənin bank sisteminin inkişafı daim diqqət mərkəzində olan məsələlərdəndir. Bazar iqtisadiyyatına keçid illərində bu sahədə islahatların dərinləşdirilməsi, kredit təşkilatlarının maliyyə vasitəçiliyi potensialının artırılması və rəqabətin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib, o cümlədən səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin də inkişafı, kapitallaşdırılması və maliyyə dayanıqlığının artırılması ilə bağlı çox iş görülüb.

“Azərbaycan Beynəlxalq Bankı” ASC maliyyə göstəricilərinə görə ölkənin ən iri və sistem əhəmiyyətli bankı olaraq, hesablaşmaların və sosial ödənişlərin həyata keçirilməsində, əhaliyə geniş spektrli bank xidmətlərinin göstərilməsində, sahibkarlara kredit verilməsində mühüm rol oynayır. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin maliyyə sabitliyinin qorunması, öhdəlik və hesablaşmalarının fasiləsiz icra edilməsi, xüsusilə 2008-2009-cu illərin qlobal maliyyə böhranının bankın maliyyə mövqeyinə mənfi təsirinin qarşısının alınması məqsədilə müvafiq dövlət orqanları tərəfindən banka davamlı dəstək göstərilib, onun kapitalı və likvidliyi tələb olunan səviyyədə saxlanılıb, bank yerli və xarici kreditorlar üçün etibarlı tərəfdaş olub.

Lakin son illər bankın idarə edilməsində və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən səmərəsi aşağı olan riskli investisiya layihələrinin maliyyələşdirilməsi bankın maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına və likvidliyinin daralmasına səbəb olub. Ona görə də yaranmış vəziyyətin aradan qaldırılması, bankın maliyyə mövqeyinin bərpası və dayanıqlığının təmin edilməsi üçün problemli aktivlərin bankın idarəetməsindən çıxarılaraq, ixtisaslaşmış quruma verilməsi zərurəti yaranıb.

Dövlət başçısı “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin maliyyə vəziyyətinin sağlamlaşdırılması və dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Maliyyə Nazirliyi və Azərbaycan Mərkəzi Bankı 15 (on beş) gün müddətində “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus problemli aktivləri müəyyən etsin və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra - “Aqrarkredit” QSC) idarəetməsinə verilməsi üçün tədbirlər görsünlər.

Müəyyən edilir ki, bu fərmanda nəzərdə tutulmuş aktivlərin “Aqrarkredit” QSC tərəfindən alınmasının və idarə edilməsinin maliyyələşdirilməsi dövlət zəmanəti əsasında uzunmüddətli, aşağı faizli borc istiqrazlarının “Aqrarkredit” QSC tərəfindən emissiya edilərək qiymətli kağızlar bazarında yerləşdirilməsi hesabına təmin edilir; “Aqrarkredit” QSC tərəfindən emissiya ediləcək istiqrazların tələb olunan həcmi və müddətləri “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən aktivlərin alınması tədbirləri ilə uzlaşdırılır və buna müvafiq dövlət zəmanətinin həcmi hər ilin dövlət büdcəsinin daxili borclanma limitinin məbləğində nəzərə alınır; “Aqrarkredit” QSC bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq, alınmış aktivləri idarə edərkən aşağıdakı vəzifələri yerinə yetirir:

- “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən alınacaq aktivlər üzrə əsas borclar (kreditlər) və faizlər, borcun təminatı olan girov (ipoteka), zaminlik üzrə tələb hüquqlarını qanunvericiliyə əsasən əldə etmək və həyata keçirmək;

- ödəmə vaxtı keçmiş kredit borclarının (faizlərin) qaytarılması və borcalanlar tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər (məhkəmədə iddia qaldırmaq, tələbi girova yönəltmək və s.) görmək;

- tələb girova (ipotekaya) yönəldildiyi halda, girov (ipoteka) qoyulmuş əmlakın idarə edilməsini həyata keçirmək, həmin əmlakın dövlət əmlakına aid edilməsi barədə təkliflər vermək və ya ixtisaslaşmış təşkilatlar tərəfindən açıq hərraclarda satışını təşkil etmək, əldə olunan vəsaitin borc öhdəliklərindən irəli gələn tələblərin ödənilməsinə yönəldilməsini təmin etmək;

- aktivlərin idarə edilməsi ilə əlaqədar tələb olunan xərcləri bu Fərmanın 2.1-ci bəndinə əsasən əldə olunan vəsait hesabına, bu məqsədlər üçün hər il təsdiq olunan xərclər smetasına uyğun olaraq həyata keçirmək.

Maliyyə Nazirliyinə “Aqrarkredit” QSC tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtlərinə dair Azərbaycan Mərkəzi Bankı ilə razılaşdırılmış təkliflərini on beş gün müddətində Azərbaycan Prezidentinə təqdim etmək; bu fərmanda nəzərdə tutulmuş vəzifələrin “Aqrarkredit” QSC tərəfindən yerinə yetirilməsinə nəzarəti təşkil etmək, İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə “Aqrarkredit” QSC tərəfindən alınan aktivlərin idarə edilməsi zamanı həmin aktivlər üzrə borc tələbi girov qoyulmuş əmlaka yönəldildiyi halda, həmin əmlakın istifadə istiqamətlərinin ölkə iqtisadiyyatının inkişaf prioritetləri ilə uzlaşdırılması üzrə tədbirlər görmək; “Azərbaycan Beynəlxalq Bankı” ASC-də dövlətə məxsus səhmlərin imkan verdiyi dərəcədə bankın restrukturlaşdırılması, maliyyə durumunun sağlamlaşdırılması və kapitallaşması, fəaliyyətinin səmərəliliyinin artırılması, idarə edilməsinin müasir korporativ idarəetmə standartları əsasında təşkili, ümumi yığıncaqda İdarə Heyətinin tərkibinin yenidən formalaşdırılması, bankın kredit, borclanma, kadr siyasətinin təkmilləşdirilməsi, habelə “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən verilmiş və ödəmə vaxtı keçmiş kredit borclarının (faizlərin) qaytarılması üçün təsirli tədbirlər görmək; restrukturizasiya və sağlamlaşdırılma tədbirləri başa çatdıqda Əmlak Məsələləri Dövlət Komitəsinin və Azərbaycan Mərkəzi Bankının rəyləri nəzərə alınmaqla “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin nizamnamə kapitalında dövlətə məxsus səhmlərin özəlləşdirilməsi üzrə tədbirlər planını altı ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən cəlb edilmiş və ödəmə vaxtı keçmiş, o cümlədən bu fərmanın 1-ci hissəsi ilə “Aqrarkredit” QSC-nin idarəetməsinə verilmiş kredit vəsaitinin borcalanlar tərəfindən təyinatı üzrə istifadə edilməsi, “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən kreditlərin verilməsi zamanı bank və mülki qanunvericiliyin tələblərinə riayət edilməsi məsələlərini araşdırmaq, aşkar olunmuş nöqsanlara yol vermiş şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsi və onların məsuliyyətə cəlb olunması üçün hüquq mühafizə orqanları ilə birlikdə tədbirlər görmək tapşırılıb.

Azərbaycan Mərkəzi Bankı bu fərmanın 2.1-ci bəndinə uyğun olaraq “Aqrarkredit” QSC tərəfindən emissiya edilmiş istiqrazların satın alınması və likvidliyi üzrə zəruri tədbirlər həyata keçirməli; “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin özəlləşdirməqabağı sağlamlaşdırılması üzrə tədbirlərin həyata keçirilməsində öz səlahiyyətləri daxilində iştirak etməlidir.

Nazirlər Kabineti bu fərmanın 2.1-ci və 2.2-ci bəndlərinə uyğun olaraq “Aqrarkredit” QSC tərəfindən emissiya edilən istiqrazlara dövlət zəmanətinin verilməsini təmin edəcək; bu fərmandan irəli gələn digər məsələləri həll edəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan Beynəlxalq Bankı ölkənin ən yaxşı bankı seçilib

Azərbaycan Beynəlxalq Bankı Milli KSM Mükafatına layiq görülüb

Azərbaycan Beynəlxalq Bankı gömrük işçilərinə endirimli kredit təklif edir 

Azərbaycan Beynəlxalq Bankı depozit faizlərini yüksəldib

MİDA Bank VTB və Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlıq müqavilələri imzalayıb

ARDNF-in icraçı direktoru Azərbaycan Beynəlxalq Bankının rəhbərliyinə gətirilib

Azərbaycan Beynəlxalq Bankında yeni təyinatlar olub

“Fitch” Beynəlxalq Reytinq Agentliyi “Azərbaycan Beynəlxalq Bankı”nın reytinqlərinə yenidən baxacaq

Azərbaycan Beynəlxalq Bankında premium kartlara 50%-dək endirim edilib

Azərbaycan Beynəlxalq Bankın xarici borclarının restrukturizasiya planı açıqlanıb

“Azərbaycan Beynəlxalq Bankı” ASC-yə sığorta agenti fəaliyyətinə lisenziya verilib

“Azərbaycan Beynəlxalq Bankı” ASC-də dövlətin payı artırılıb

Azərbaycan Beynəlxalq Bankı bankomat problemini aradan qaldırıb

"Azərbaycan Beynəlxalq Bankı" korporativ üslubunu dəyişib

TQDK Azərbaycan Beynəlxalq Bankının işçiləri üçün test imtahanı keçirib

Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin sədri istefa verib

22 Avqust 2019, 17:31 (GMT +4)
Taxta bazarındakı yanğında FHN-nin iki əməkdaşı xəsarət alıb

22 Avqust 2019, 17:25 (GMT +4)
BMT-in Yəmən üzrə rəsmisi husilərin lideri ilə görüşüb

22 Avqust 2019, 17:23 (GMT +4)
Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22 Avqust 2019, 17:12 (GMT +4)
“Kənddən Şəhərə” yarmarkası davam edir

22 Avqust 2019, 17:11 (GMT +4)
Çində güclü yağışlar nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb

22 Avqust 2019, 17:01 (GMT +4)
Magistraturanın boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı sabah başa çatır

22 Avqust 2019, 16:50 (GMT +4)
“Azəriqaz”: Ölkədə qazlaşdırma səviyyəsi ümumilikdə 96%-ə yaxınlaşır

22 Avqust 2019, 16:36 (GMT +4)
Bakıda taxta bazarı yanır (FOTO/VİDEO)

22 Avqust 2019, 16:30 (GMT +4)
XİN: Rusiya İdlib üzrə Türkiyə ilə qarşılıqlı fəaliyyətini davam etdirəcək

22 Avqust 2019, 16:22 (GMT +4)
Əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək məqsədi ilə aparılan işlərin təqdimatı olub

22 Avqust 2019, 16:17 (GMT +4)
Suriya Ordusu tərəfindən mühasirədə qalan Türkiyə post patrul mövqeyinə atəş açılıb

22 Avqust 2019, 16:13 (GMT +4)
Vergilər Nazirliyi: Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

22 Avqust 2019, 16:13 (GMT +4)
Türkiyədə ilin əvvəlindən 635 terrorçu zərərsizləşdirilib

22 Avqust 2019, 15:52 (GMT +4)
Bakı polisi avtomobillərinə səsgücləndirici quraşdıran sürücülərə çağırış edib

22 Avqust 2019, 15:40 (GMT +4)
Belçika millətçiləri Trampa Valoniyanı 1 avroya almağı təklif edirlər

22 Avqust 2019, 15:20 (GMT +4)
ABŞ-ın təzyiqlərindən sonra Paraqvay HƏMAS və Hizbullahı terror təşkilatı elan edib

22 Avqust 2019, 15:10 (GMT +4)
Peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır

22 Avqust 2019, 15:10 (GMT +4)
Ukraynanın ABŞ-dakı səfirliyi G7 liderlərinə müraciət edib

22 Avqust 2019, 14:57 (GMT +4)
Zaqatalada bir həftə əvvəl ağacdan yıxılan kişi xəstəxanada ölüb

22 Avqust 2019, 14:47 (GMT +4)
Nazir müavini: bütün vasitələrdən istifadə etməklə yanğınların söndürülməsinə çalışırıq

22 Avqust 2019, 14:31 (GMT +4)
Məhəmməd Cavad Zərif: Müharibəni başladan biz olmayacağıq 

22 Avqust 2019, 14:23 (GMT +4)
Avropa İttifaqı Rusiyanın G8-ə qayıtmasına qarşı çıxır

22 Avqust 2019, 14:18 (GMT +4)
Azərbaycan ilə Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub

22 Avqust 2019, 14:08 (GMT +4)
ETSN: Ağac kəsən şəxs cəzalanıb

22 Avqust 2019, 13:50 (GMT +4)
Azərbaycan gəmisi Qara dənizdə yük daşıyacaq

22 Avqust 2019, 13:43 (GMT +4)
Ukrayna XİN: Zelenski və Tramp Varşavada bir sıra sənədləri imzalayacaqlar

22 Avqust 2019, 13:40 (GMT +4)
Prezident İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib

22 Avqust 2019, 13:29 (GMT +4)
Suriya Ordusu şimalda insanların təxliyəsi üçün koridor açıb

22 Avqust 2019, 13:12 (GMT +4)
Zaxarova Zelenskinin Rusiyanın G8-ə qayıdacağı ilə bağlı söylədiklərini şərh edib

22 Avqust 2019, 13:12 (GMT +4)
Ölkə ərazisində isti hava şəraiti sabah da davam edəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12