Çexiyada “Azərbaycanın gənc rəssamları Praqada” adlı sərgi açılacaq04 May 2015, 14:46 (GMT +4) Bakı, 4 may, SalamNews, Ş.Nəzərli. Praqa şəhərində (Çexiya Respublikası) Azərbaycan Respublikasının Çexiyadakı səfirliyi, Karlov Universiteinin “Xəzər” Araşdırmalar Mərkəzi və “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycanın gənc rəssamları Praqada” adlı sərgi açılacaq.
Gənclərin sosial-psixoloji reabilitasiya mərkəzindən SalamNews-a bildirilib ki, sərginin açılış mərasimi mayın 5-də Karlov Universitetinin “Karolinum” sərgi salonunda olacaq. Ayın 11-nə kimi davam edəcək sərgidə 20 rəssamın 80 işi nümayiş etdiriləcək. Açılış mərasimində rəssamlara sertifikatlar təqdim olunacaq
Sərgi Azərbaycan mədəniyyəti ilə yanaşı, həm də “Bakı-2015” Birinci Avropa Oyunlarını da təbliğ etməsi ilə əlamətdardır.
Azərbaycanın gənc rəssamları Çexiya Respublikasının görməli yerləri ilə tanış olmaq imkanı da əldə edəcəklər.
|