Ukraynanın İqtisadiyyat Nazirliyi ləğv edilir12 Mart 2015, 17:36 (GMT +4) Bakı, 12 mart, SalamNews, Y.Haqverdiyeva, C.Nəzərov. Ukraynanın İqtisadiyyat Nazirliyi ləğv olunmağının ilk mərhələsindədir; payızadək artıq onun əməkdaşlarının yarısı ixtisar ediləcək.
SalamNews-un TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin iqtisadiyyat naziri Ayvaras Abromaviçus yeni hökumətin 100 günlük fəaliyyəti barədə hesabat təqdim edərkən məlumat verib.
Onun sözlərinə əsasən, hazırda İqtisadiyyat Nazirliyi restrukturizasiya mərhələsindədir: “Baş nazir və prezident mənə deyiblər ki, kadensiyamı başa vurarkən (səlahiyyət müddətinin başa çatmağı - red.) bu nazirlik artıq olmasın!
Hazırda birinci mərhələdəyik; mən artıq bütün sərəncamları imzalamışam və artıq 1.5 aydan sonra Nazirlikdə “mənfi” 30% əməkdaş olacaq, növbəti mərhələdə “mənfi” 20% - yəni bu il ümumilikdə 50% ixtisar olacaq."
|