Gürcüstanda xanım Zeynəbin (s.ə) mövludu qeyd olunub24 Fevral 2015, 12:23 (GMT +4) Bakı, 24 fevral, SalamNews. Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) nəzdində fəaliyyət göstərən “Müsəlman Qadınlar İcması”nın təşkilatçılığı ilə Xanım Zeynəbin (s.ə) təvəllüdü münasibətilə bayram mərasimi keçirilib.
GMİ-dən SalamNews-a verilən məlumata görə, Tbilisidə yerləşən “Alul-beyt” mədəniyyət mərkəzində yüksək səviyyədə təşkil olunan tədbirdə ictimaiyyət və din xadimələri, qadınlarla bağlı QHT sədr və nümayəndələri, Acarıstan Muxtar vilayətindən və eləcədə müxtəlif şəhər və rayonlardan dəvət olunan müsəlman xanımlar iştirak edib.
Məclisin aparıcısı “Əl-Mustafa” adına Dini, Elm Mərkəzinin müəlliməsi Elnarə Cəfərli mərasim ilə bağlı ümumi məlumat verdikdən sonra ilk növbədə Quran tilavəti üçün sözü Lamidə Bayramovaya verib. Məclis açıq elan olduqdan sonra Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov mərasim iştirakçılarını salamlayıb bayram münasibəti ilə xanımları təbrik edib.
Çıxışında Peyğəmbər (s) nəvəsi, Əli (ə) və Fatimə (s.ə) qızı və imamət bacısı Hz. Zeynəbin (s.ə) səbri, fədakarlığı və həyası ilə xanımlara örnək olmasından, O xanımın xüsusi ilə Kərbəla vaqiəsində göstərdiyi əvəzsiz xidmətlərindən danışıb.
Sonra Azərbaycandan gələn “Kovsər” İlahi Mahnılar qrupunun ifasında ilahi nəğmələr oxunub. Yeni-yetmə qızlar Hz.Zeynəbin mədhinə şeir və qəsidələr söylədilər. Mərasimdə həmçinin adları Zeynəb olan yeniyetmə qızlara hədiyyələr təqdim olunub.Mərasim bayram süfrəsinin verilməsi ilə yekunlaşıb.
|