Qırğızıstan müsəlmanları dindaşlarını fransız ətirlərindən imtina etməyə çağırırlar29 Yanvar 2015, 17:52 (GMT +4) Bakı, 29 yanvar, SalamNews, Y.Haqverdiyeva, C.Nəzərov. Qırğızıstan müsəlmanları əhalini Fransanın "Charlie Hebdo" jurnalının Məhəmməd peyğəmbəri (s) təhqir edən karikaturalarına etiraz əlaməti olaraq, Fransa məhsullarından imtina etməyə çağırıblar.
SalamNews-un “İnterfaks”a istinadla verdiyi xəbərə görə, Qırğızıstanın Oşs vilayətində Peyğəmbərə (s) məhəbbət həftəsi keçirilir.
Vilayətin Nookatsk rayonunda “Mən Peyğəmbərimi (s) sevirəm” şüarı altında mitinqlər başlayıb. Onun iştirakçıları fəal olaraq, əhali arasında Fransa məhsullarından imtina etməyi təbliğ ediblər. Bununla belə, Qırğızıstanın ən fəal və ənənəvi ticarət yeri olan mərkəzi bazarda fəallar xüsusilə Fransız ətirlərindən imtina üçün aksiya təşkil ediblər.
|