Azərbaycan mədəniyyətinə ağır itki üz verib21 Yanvar 2015, 09:45 (GMT +4) Bakı, 21 yanvar, SalamNews. Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
SalamNews xəbər verir ki, Azərbaycan Respublikası Kinematoqraflar İttifaqının üzvü, ölkənin tanınmış kino rejissoru, aktyoru və ssenaristi Hafiz Fətullayev ötən gün 70 yaşında vəfat edib.
H.Fətullayev 24 fevral 1944-cü ildə Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirdikdən (1970) sonra Azərbaycan Dövlət Dram Teatrında işləyib. 1977-1990-cı illərdə Azərbaycan Dövlət Televiziyasında işləyib. 1991-ci ildən “Rimur” müstəqil kino şirkətinin rəhbəri idi. H.Fətullayev “Qırmızı qatar” və “Müqəddəs odda yanaram” (G.Əzimzadə ilə birgə) filmlərinin quruluşçu rejissorudur.
|