![]() |
AZƏRBAYCAN » CƏMİYYƏT |
![]() Bayram günlərində milli parklarda gözlənilən hava açıqlanıb İstanbul, 20 aprel, SalamNews. Bayram və istirahət günlərində (aprelin 21-22-23-24-də) milli parklarda gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə SalamNews-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Samur-Yalama milli parkı Hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 21-i gündüzdən, 22-si səhərədək arabir yağıntılı olacağı gözlənilir. 22-i gündüz yağıntıda yaranan qısa fasilədən sonra 23-də gündüz yenidən yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-10 °isti, gündüz 15-18° isti olacaq. Altıağac milli parkı Hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 21-i gündüzdən, 22-si səhərədək arabir yağıntılı olacağı gözlənilir. 22-i gündüz yağıntıda yaranan qısa fasilədən sonra 23-də gündüz yenidən yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək. Ağgöl milli parkı Hava şəraitinin mülayim, əsasan yağmursuz keçəcəyi, lakin 21-də gündüz yağış yağacağı gözlənilir. Səhər duman olacaq. Mülayim qərb küləyi əsəcək. Qızılağac milli parkı Havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin 21-də axşam arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Göygöl milli parkı Havanın əsasən yağmursuz keçəcəyi, lakin 21-i gündüzdən, 22-si gündüzədək arabir yağıntılı olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək. Şirvan milli parkı Hava şəraitinin mülayim, sabit, əsasan yağmursuz keçəcəyi gözlənilir. Lakin 21-i axşamdan, 22-si gündüzədək arabir şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək. Hirkan milli parkı Havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin 21-də axşam arabir yağış yağacağı ehtimalı var.Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. |