![]() |
AZƏRBAYCAN » HADİSƏLƏR |
![]() Şabranda qatarla traktor toqquşub, ölən var İstanbul, 25 mart, SalamNews. Şabranda qatarla traktor toqquşub. Bu barədə SalamNews-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu gün saat 9:30 radələrində Şabran rayonu Uzunboyad kəndi ərazisində qatarla traktorun toqquşması ilə bağlı polisə məlumat daxil olub. DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, ilkin məlumata görə toqquşma nəticəsində traktor 1978-ci il təvəllüdlü Nemət İsgəndərovun üzərinə aşıb. O, hadisə yerində ölüb. Araşdırma aparılır. |