AZƏRBAYCAN » SİYASƏT
16 Mart 2023, 09:20 (GMT +4)

BMT nümayəndələrinin olduğu təyyarə Füzuli hava limanına enib

16 mart, SalamNews. BMT nümayəndələrinin olduğu təyyarə Füzuli hava limanına eniş edib.

SalamNews-un məlumatına görə, 16 mart 2023-cü il tarixində Ağdam şəhərində Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin ölkədə fəaliyyət göstərən sistemi arasında illik yüksək səviyyəli strateji məsləhətləşmələr keçirilir.

Qonaqlara Füzuli hava limanının tikintisinin tarixindən danışılıb. Xüsusilə, onun səkkiz ay ərzində tikildiyini və bundan əvvəl ərazinin minalardan təmizləndiyini söylədi.

Onlara dağıdılmış ərazilərin fotoşəkilləri də nümayiş etdirilib.

16 mart 2023-cü il tarixində Ağdamda Azərbaycan hökuməti ilə BMT-nin ölkədə fəaliyyət göstərən sistemi arasında yüksək səviyyəli strateji məsləhətləşmələr keçirilir.

Tədbirdə 35-dən çox dövlət rəsmisi və BMT nümayəndələri iştirak edir. Tədbir Azərbaycanın davamlı inkişaf məqsədlərinə nail olunmasının sürətləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinin rolu, humanitar yardım, ətraf mühitin mühafizəsi, su ehtiyatlarından səmərəli istifadə və Azərbaycan ilə BMT arasında əməkdaşlığın digər istiqamətlərinə həsr olunub.