DÜNYA » HADİSƏLƏR
09 Mart 2023, 11:45 (GMT +4)

Rusiyada güclü zəlzələ olub

9 mart, SalamNews. Sakit okeanda Kamçatkanın şərq sahillərində 5,1 bal gücündə zəlzələ baş verib.

SalamNews xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin regional bölməsi məlumat yayıb.

Zəlzələnin mənbəyinin Petropavlovsk-Kamçatskidən 199 km aralıda olduğu dəqiqləşdirilir.

Martın 8-də Kamçatkanın cənubunda 6,1 bal gücündə zəlzələ qeydə alınıb.