![]() |
AZƏRBAYCAN » CƏMİYYƏT |
![]() FHN: Türkiyədəki zəlzələ bölgəsində 3016 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib 7 mart, SalamNews. Türkiyədəki zəlzələ bölgəsində 3016 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib. Bu barədə SalamNews-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş FHN-in mobil səhra hospitalında zəlzələdən ziyan çəkmiş insanlara tibbi xidmət davam etdirilir. Ümumilikdə ötən müddət ərzində 655-i uşaq olmaqla 3016 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib. "Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalı fasiləsiz fəaliyyətini davam etdirir", - məlumatda qeyd olunub. |