![]() |
AZƏRBAYCAN » SİYASƏT |
![]() Azərbaycan-Türkiyə-Gürcüstan Parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşü keçiriləcək 4 mart, SalamNews. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, komitə sədrinin müavini Sevinc Fətəliyeva, üzvləri Nigar Arpadarai və Nəsib Məhəməliyev Azərbaycan-Türkiyə-Gürcüstan Parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşündə iştirak etmək üçün martın 5-dən 7-dək Gürcüstanın Tbilisi şəhərində səfərdə olacaqlar. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SalamNews-a verilən məlumata görə, görüşdə regional əməkdaşlıq, parlamentlərarası münasibətlərin inkişafı və digər mövzularda fikir mübadiləsi aparılacaq. Səfər çərçivəsində deputatların Gürcüstan parlamentində və Xarici İşlər Nazirliyində də bir sıra görüşləri nəzərdə tutulur. |