AZƏRBAYCAN » SİYASƏT
02 Mart 2023, 10:20 (GMT +4)

Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşündə Türkiyə və Suriyadakı zəlzələ qurbanları anılıb

2 mart, SalamNews. Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Türkiyə və Suriyadakı zəlzələlərdə həlak olanlar anılıb.

SalamNews xəbər verir ki, Zirvə görüşünün açılışında Türkiyədə və Suriyada güclü zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.