![]() |
DÜNYA » İQTİSADİYYAT |
![]() İstanbulda 90 000-ə yaxın bina sökülə bilər 1 mart, SalamNews. Türkiyənin İstanbul əyalətində 90 000-ə yaxın bina sökülə bilər. SalamNews xəbər verir ki, bu barədə İstanbul valiliyindən bildirilib. Məlumata görə, həmin binalar 7 maqnitudada zəlzələ zamanı uça bilər. Xatırladaq ki, İstanbul seysmik zonada yerləşir. Qeyd edək ki, fevralın 6-da Türkiyənin 10 əyalətində 7,7 və 7,8 maqnitudada yeraltı təkanlar olub. Hadisə nəticəsində 45 089 nəfər ölüb. |