![]() |
DÜNYA » SİYASƏT |
![]() Aİ ölkələri Rusiyaya qarşı 10-cu sanksiyalar paketində razılığa gəliblər 25 Fevral, SalamNews. Avropa İttifaqı ölkələrinin səfirləri Rusiyaya qarşı 10-cu sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. SalamNews xəbər verir ki, bu barədə İsveç sədrliyi tviterdə məlumat yayıb. “Paketə daxildir, məsələn: ikili istifadə və texnologiya ilə bağlı daha sərt ixrac məhdudiyyətləri; müharibəyə dəstək verən, təbliğat aparan və ya Rusiyanın müharibədə istifadə etdiyi dronları çatdıran fiziki və hüquqi şəxslərə qarşı məqsədyönlü məhdudlaşdırılmış tədbirlər; Rusiyanın dezinformasiyasına qarşı tədbirlər”, - tvitdə qeyd olunub. |