09 Fevral 2023, 12:13 (GMT +4) Suriyada zəlzələdə ölənlərin sayı 3,5 min nəfərə çatır Bakı, 9 fevral, SalamNews. Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 3480-ə çatıb. Azı 3 min nəfər isə yaralanıb.
Ölən və yaralananların sayının daha da artacağı gözlənilir. Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12873 nəfərə çatıb. Bu barədə Sputnik.az, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) istinadən xəbər verir.
Təbii fəlakət nəticəsində 62937 nəfər yaralanıb. |