DÜNYA » CƏMİYYƏT
07 Fevral 2023, 23:08 (GMT +4)

Suriyada zəlzələdə ölənlərin sayı 1500-i keçdi

Bakı, 7 fevral, SalamNews. Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 1509 nəfərə çatıb. Bu barədə "Beynəlxalq Qızıl Xaç Hərəkatı" məlumat verib. Məlumata görə, təbii fəlakət nəticəsində 3548 nəfər yaralanıb.

Ölkənin Səhiyyə Nazirliyindən verdiyi məlumata görə, axtarış-xilasetmə işləri davam edir, zərərçəkənlərin sayı arta bilər.