AZƏRBAYCAN » İQTİSADİYYAT
03 Fevral 2023, 15:28 (GMT +4)

İşğaldan azad edilmiş ərazilərdə İtaliya şirkətlərinin fəaliyyəti müzakirə edilib

Bakı, 3 fevral, SalamNews. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində İtaliya şirkətlərinin fəaliyyəti və qarşılıqlı investisiyaların təşviqi müzakirə edilib.

SalamNews xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.

“İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri cənab Cilberto Piketto Fratin ilə görüşdük. Ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi imkanları, işğaldan azad edilmiş ərazilərimizdə #İtaliya şirkətlərinin fəaliyyəti və qarşılıqlı investisiyaların təşviqi, energetika sahəsində əməkdaşlıq əsas müzakirə mövzuları oldu”, - deyə nazir bildirib.