DÜNYA » SİYASƏT
03 Fevral 2023, 12:12 (GMT +4)

Baydenin baş iqtisadi müşaviri vəzifəsindən gedir

Bakı, 3 fevral, SalamNews. Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Brayan Diz vəzifəsindən gedir. 

SalamNews-un "TASS"a istinadla verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. 

"Son iki il ərzində mən Brayan Drizə arxalanmışam. O, mənim iqtisadiyyatla bağlı siyasətimi həyata keçirməyə kömək etdi və iqtisadiyyatı bərpa prosesindən ardıcıl, onun davamlı artımına tarixi keçidini təmin etdi", deyə prezident Co Bayden bildirib. 

Məlumata görə, Diz Ağ Evdəki işini fevralın ortalarına qədər tamamlayacaq. Onun yerinə əsas namizədlərdən biri kimi maliyyə nazirinin müavini Adevale Adeyemo göstərilir. 

Daha əvvəl bildirilmişdi ki, Dis Prinston Universitetindəki işinə qayıtmağı planlaşdırır.