![]() |
AZƏRBAYCAN » CƏMİYYƏT |
![]() Sumqayıtda evdən 15 000 dollar və qızıl-zinət əşyaları oğurlanıb Bakı, 3 fevral, SalamNews. Sumqayıt şəhərində evdən 15 000 dollar və qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə SalamNews-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, şəhər ərazisində yerləşən mənzillərin birindən 15 000 ABŞ dolları və qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlinin ev sahibinin oğlunun törətməsinə əsaslı şübhələr müəyyən olunub və o, saxlanılıb. Araşdırma aparılır. |