![]() |
AZƏRBAYCAN » CƏMİYYƏT |
![]() Sahibkarların bank kartlarından pul çıxartmaqda şübhəli bilinən şəxs saxlanılıb Bakı, 3 fevral, SalamNews. Sosial şəbəkələrdə və elan saytlarında bahalı mobil telefonları almaq məqsədilə kütləvi talama əməllərində şübhəli bilinən 1990-cı il təvəllüdlü Yusif Məhərrəmov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən SalamNews-a bildirilib ki, o, elan saytlarında satışa qoyulan mobil telefonları satan şəxslərlə əlaqə yaradaraq, onların bank kartlarının 16 rəqəmini əldə edərək, sms vasitəsilə təsdiqləyici kodu alaraq kartda olan vəsaitləri talayıb. Ayrı-ayrı şəxslərə məxsus 30-dan artıq bank kartına müdaxilə edən şübhəli şəxs əsasən, 070 432-90-90, 070 564-58-58 nömrələrindən istifadə edib. "Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polisə müraciət etmələri tövsiyə olunub", - məlumatda qeyd edilib. Araşdırmalar davam etdirilir. |