AZƏRBAYCAN » HADİSƏLƏR
03 Fevral 2023, 13:25 (GMT +4)

FHN: Abşeronda quşçuluq fabrikində yanğın olub

Bakı, 3 fevral, SalamNews. Abşeron rayonunda quşçuluq fabrikində yanğın olub.

Bu barədə SalamNews-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, fabrikin ərazisində ümumi sahəsi 1600 m² olan sexin dam örtüyünün taxta atmaları 50 m² sahədə, içərisində avadanlıqlar və yerə səpələnmiş saman yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.