DÜNYA » HADİSƏLƏR
03 Fevral 2023, 10:15 (GMT +4)

İstanbulda avtobus dayanacağa çırpılıb: ölən və yaralananlar var  

Bakı, 3 fevral, SalamNews. Türkiyənin İstanbul şəhərinin Bahçelievler rayonunda avtobus dayanacağa çırpılıb. 

SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, qəza nəticəsində 1 nəfər ölüb, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Məlumata görə, yaralılardan biri Azərbaycan vətəndaşı Əhməd Rzayevdir. O, xəstəxanaya çatdırılıb, vəziyyəti isə ağır olaraq qiymətləndirilir. 

Avtomobilin sürücüsü saxlanılıb. Hadisə ilə bağlı texniki və inzibati araşdırma aparılır.