![]() |
MDB ÖLKƏLƏRİ » SİYASƏT |
![]() Zelenski istefalar dalğasından sonra yeni kadr islahatlarını açıqlayıb Bakı, 1 fevral, SalamNews. Ukrayna prezidenti Volodimir Zelenski istefa dalğasından sonra yeni kadr islahatlarını açıqlayıb. "Hazırda kadrlar sahəsində müəyyən sakitlik hökm sürür. Amma bu o demək deyil ki, artıq bütün lazımi addımlar atılıb. Həll yolları olacaq. Sistemdə dövlətin və cəmiyyətin fundamental tələblərinə cavab verməyənlər kreslolarda oturmamalıdırlar", deyə prezident "Telegram" kanalında paylaşdığı videomüraciətdə deyib. SalamNews-un "TASS"a istinadla verdiyi xəbərə görə, son həftələr Ukrayna mətbuatı ölkənin yüksək vəzifəli şəxslərinin iştirakı ilə bir neçə korrupsiya qalmaqalı barədə məlumat yayıb. Yanvarın 22-də Zelenski də videomüraciətdə, bununla bağlı böyük kadr dəyişikliklərinin baş verəcəyini bildirmişdi. Ardınca bir sıra yüksək vəzifəli məmurlar istefa verdi.
|