![]() |
DÜNYA » SİYASƏT |
![]() Rusiya və Suriya İsfahanda hərbi obyektə hücumu pisləyiblər Bakı, 30 yanvar, SalamNews, S.Bağırov. Rusiya və Suriyanın Xarici İşlər Nazirlikləri İsfahan şəhərində İranın Müdafiə Sənayesi kompleksinə hücumu pisləyiblər. SalamNews Sputnik.Arabic-ə istinadən xəbər verir ki, Rusiya və Suriya Xarici İşlər Nazirlikləri İsfahan şəhərində İranın Müdafiə Sənayesi kompleksinə kvadrokopterlərlə hücum barədə bəyanat veriblər. Rusiya XİN-in bəynatında deyilir: “Biz, sabitlikdən uzaq olan regionda gərginliyin durmadan artmasına gətirib çıxara biləcək hər hansı təxribatçı hərəkətləri qətiyyətlə pisləyirik və bu cür təxribatçı hərəkətlərin Yaxın Şərqdə sülh və sabitlik üçün gözlənilməz mənfi nəticələri ola bilər.” Suriya XİN mövzu ilə bağlı deyib: “Suriya İranın İsfahandakı müdafiə sənayesi komplekslərindən birinə uğursuz hücum cəhdini pisləyir və onun təhlükəsizliyini, gücünü, mövqelərini və rifahını, habelə regionun təhlükəsizliyi və sabitliyini hədəfləyən bu təxribatlarla mübarizədə İran rəhbərliyi, hökuməti, ordusu və xalqı ilə həmrəy olduğunu bildirir. Suriya regionda və dünyada təhlükəsizlik və sabitliyi təhdid etdiyi üçün bu cinayəti törədənlərin cəzalandırılmasını tələb edir, həmçinin bu qorxaq hərəkəti həyata keçirənləri məsuliyyətə cəlb etməyə çağırır, təxribat və təcavüzkar addımların nəticələri barədə xəbərdarlıq edir.” |