DÜNYA » HADİSƏLƏR
30 Yanvar 2023, 14:15 (GMT +4)

Pişəvərdə məscidə hücumda ölənlərin sayı 20-ə çatıb (VİDEO)

Bakı, 30 yanvar, SalamNews, S.Bağırov. Pakistanın Pişəvər şəhərində məsciddə törədilən partlayış nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

SalamNews Əlcəzirə telekanalına istinadən xəbər verir ki, bu barədə Pişəvərdə səhiyyə mənbələri məlumat veriblər.

Bildirilib ki, bu gün Pişəvərdə bir kamikadzenin məscidin içində həyata keçirdiyi partlayışda ölənlərin sayı 20-ə çatıb.

Bu hücumda onlarla yaralı var ki, bir qisminin vəziyyəti ağırdır.

Pişəvər hücumundan sonra paytaxt İslamabadda və bir sıra digər şəhərlərdə təhlükəsizlik tədbirləri artırılıb.

Bu hücumu hələ heç bir qrup üzərinə götürməyib.