AZƏRBAYCAN » SİYASƏT
29 Yanvar 2023, 22:45 (GMT +4)

Azərbaycanın İrandakı səfirliyinin diplomatik fəaliyyəti tamamilə dayandırılıb

Bakı, 29 yanvar, SalamNews. “Biz İrandakı səfirliyimizin diplomatik fəaliyyətini tamamilə dayandırmışıq”.

SalamNews-un məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

“Orada 5 nəfər səfirliyin inzibati binasının, səfirlik əmlakının və qorunması ilə bağlı müəyyən əməkdaşlar səfirlikdə qalacaqlar, amma onlar diplomatik fəaliyyət göstərməyəcəklər. Əlbəttə Təbrizdə Baş konsulluğumuz var, bu qərar konsulluğun qərarına şamil olunmur”, - nazir müavini vurğulayıb.