DÜNYA » HADİSƏLƏR
28 Yanvar 2023, 16:26 (GMT +4)

İtaliyada 4,1 bal gücündə zəlzələ baş verib

Bakı, 28 yanvar, SalamNews. İtaliyanın şimalında 4,1 bal gücündə zəlzələ baş verib. 

SalamNews "TASS"a istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri 118 min insanın yaşadığı Rimini şəhərindən 21 km şimal-qərbdə 18 km dərinlikdə yerləşib. 

Dağıntı və tələfat barədə məlumat verilməyib.