![]() |
DÜNYA » SİYASƏT |
![]() İran XİN rəhbəri: Səfirliyə hücumun araşdırılması üçün əməkdaşlığa hazırıq Bakı, 28 yanvar, SalamNews, S.Bağırov. “Xəstəxanada olarkən Azərbaycan Respublikası Səfirliyinin əməkdaşlarının müalicə prosesi ilə tanış oldum. Mən həmkarım, Azərbaycanın xarici işlər naziri ilə telefon danışığında doktor Rəisinin başsağlığı mesajını da çatdırdım. İran İslam Respublikası hadisənin detallarını aydınlaşdırmaq üçün əməkdaşlığa hazırdır. Bu faciəli hadisəyə görə qardaş və qonşu dövlətə və xalqına başsağlığı verirəm.” SalamNews xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib. O, ötən gün Tehran xəstəxanasında Azərbaycan səfirliyinə hücumda yaralanan əməkdaşlara baş çəkdikdən sonra paylaşım edib. Azərbaycan dövləti və xalqına başsağlığı verən İran XİN rəhbəri hücumun detallarının araşdırılması üçün Azərbaycan tərəfi ilə əməkdaşlığa hazır olduğunu yazıb. |