![]() |
AZƏRBAYCAN » SİYASƏT |
![]() Ombudsman Tehranda səfirlik əməkdaşlarına qarşı terror hücumunu pisləyib Bakı, 27 yanvar, SalamNews. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Azərbaycanın Tehrandakı səfirliyi əməkdaşlarına qarşı terror hücumunu pisləyib. SalamNews xəbər verir ki, bu barədə Ombudsman tviter hesabında edilən paylaşımda bildirilib. Paylaşımda qeyd olunub: “Biz Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumunu qətiyyətlə pisləyirik və müvafiq dövlət orqanlarının günahkarların ədalət qarşısında cavab verməsi üçün əllərindən gələni edəcəklərinə inanırıq”. |