![]() |
DÜNYA » SİYASƏT |
![]() İsrail Qəzzaya hava zərbələri endirib Bakı, 27 yanvar, SalamNews, S.Bağırov. İsrail qüvvələri ötən gün Cenin şəhərinə hücumda 10 fələstinlini qətlə yetirdikdən sonra Qəzzaya da hava zərbələri endiriblər. SalamNews Əlcəzirəyə istinadən xəbər verir ki, İsrailin hərbi təyyarələri bu gün sübh Qəzzaya bir neçə hava zərbəsi endirib. İsrail Ordusunun Mətbuat xidməti hava zərbələrinin HƏMAS-ın raket istehsal edən yeraltı emalatxanasını hədəfə aldığını bildirib. Bu hava zərbələrindən öncə Qəzzadan İsrailin Aşkelon şəhəri istiqamətində üç raket atılıb. Raketlərin biri vurulub, qalanı isə açıq əraziyə düşüb. “Kətaib əl-Qassam” İsrailin hava zərbələrinə havadan müdafiə ilə qarşılıq verdiyini bildirib. Qeyd edək ki, İsrail qüvvələrinin ötən gün Cenin şəhərinə hücumunda 10 fələstinli həlak olub. Onların biri yaşlı qadın olub. |