![]() |
DÜNYA » SİYASƏT |
![]() İtaliya İsrail istehsalı olan dronlarını Ukraynaya göndərir Bakı, 26 yanvar, SalamNews, S.Bağırov. İtaliya altıncı hərbi yardım paketi çərçivəsində Kiyevə İsrail istehsalı olan pilotsuz təyyarələr, 1 ədəd SAMP-T hava hücumundan müdafiə sistemi və lazımi sürsat və avadanlıqları göndərəcək.” SalamNews xəbər verir ki, bu barədə “Corriere della Sera” qəzeti öz mənbələrinə istinadən xəbər verir. “Corriere della Sera”da dərc olunan məqalədə deyilir: “Hökumət iyirmiyə yaxın raket, ağır artilleriya qurğuları, nəqliyyat vasitələri və generatorla təchiz olunmuş SAMP-T hava hücumundan müdafiə raket sistemini Ukrayna qüvvələrinə göndərmək qərarına gəlib”. Qəzetin yazdığına görə, İtaliya Ukraynaya “ölkənin daxilində İsrail layihəsi çərçivəsində yığılmış pilotsuz təyyarələr” göndərəcək. Qəzet bildirib ki, bu cihazların göndərilməsi Rusiyanın istifadə etdiyi İran istehsalı olduğu iddia edilən pilotsuz təyyarələr qarşısında balans yaratmaq üçündür. |