![]() |
RUSİYA » SİYASƏT |
![]() Putin: Rusiya vahid və çoxmillətli dövlət kimi yaranıb Bakı, 25 yanvar, SalamNews. Bizim mədəni kodumuz müxtəliflikdir, çünki Rusiya vahid mərkəzləşdirilmiş, çoxmillətli və çoxkonfessiyalı dövlət kimi yaranıb. SalamNews "TASS"a istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Moskva Dövlət Universitetinə səfəri çərçivəsində tələbələrin suallarını cavablandırarkən deyib. Dövlət başçısı bildirib ki, Ukrayna qoşunları öz hərbçilərinə arxadan zərbə vurmaqdan çəkinmirlər. "Təəssüf ki, düşmən heç nə ilə hesablaşmır. Öz hərbçilərini arxadan güllələyirlər, başa düşürsünüz?!", deyə prezident qeyd edib. "Avropa ölkələri gec-tez itirilmiş suverenliklərini bərpa edəcəklər, lakin bu, görünür, vaxt aparacaq", deyə Rusiya lideri əlavə edib.
|