DÜNYA » İQTİSADİYYAT
25 Yanvar 2023, 10:22 (GMT +4)

Peru Prezidenti: Ölkə iqtisadiyyatı etirazlara görə təxminən 1,3 milyard dollar itirib

Bakı, 25 yanvar, SalamNews. Perudakı etirazlar ölkə iqtisadiyyatına, xüsusilə də istehsal və infrastruktur sektorlarına ziyan vurub. 

SalamNews-un “TASS”a istinadla verdiyi xəbərə görə, bu barədə çərşənbə axşamı Peru prezidenti Dina Boluarte məlumat verib. 

“Cənubda zorakılıq aksiyaları bu günə kimi ölkəyə təxminən 1,3 milyard dollar məbləğində iqtisadi ziyan vurub. Əsas zərbə istehsala və infrastruktura təsir edib. 

Etirazçıların tələbinə baxmayaraq, dövlət başçısı istefa verməyəcəyini vurğulayıb. 

2022-ci il əin dekabrın 7-də dövlət başçısı Pedro Kastilonun vəzifəsindən kənarlaşdırılmasından sonra Peruda etirazlar baş qaldırıb.  Aksiya iştirakçıları prezident Dina Boluartenin istefasını, parlamentin bağlanmasını və yeni seçkilərin keçirilməsini tələb edirlər. 

İndiyədək toqquşmalarda 50-dən çox insan zorakılığın qurbanı olub, yüzlərlə insan yaralanıb.