DÜNYA » SİYASƏT
25 Yanvar 2023, 09:58 (GMT +4)

Yeni yaradılmış qrup Suriyada ABŞ qərargahına hücumun videosunu yayımlayıb (VİDEO)

Bakı, 25 yanvar, SalamNews, S.Bağırov. Yeni yaradılmış “Təşkil əl-Varisin” qrupu Suriya-İordaniya sərhədində yerləşən əl-Tənif qərargahına hücumu üzərinə götürüb.

SalamNews xəbər verir ki, “Təşkil əl-Varisin” qrupu sosial şəbəkələrdəki hesablarında ABŞ qüvvələrinin və dəstəklədiyi birləşmələrin nəzarətində olan əl-Tənif qərargahına hücumun videosunu yayımlayıb.

Bu hücumlarda PUA-lardan istifadə edilməsi görüntüləri əks edilir.

Qeyd edək ki, ötən həftənin sonu baş tutan bu hücumda ABŞ-ın dəstəklədiyi birləşmələrin üzvlərindən üç nəfər yaralanmışdı.