![]() |
DÜNYA » SİYASƏT |
![]() Suriyanın cənubunda İŞİD-in üç komandiri zərərsizləşdirilib Bakı, 21 yanvar, SalamNews, S.Bağırov. Suriyanın Dəra əyalətində İŞİD komandirlərinin yeri müəyyənləşdirilib və əməliyyat nəticəsində terror təşkilatının üç təhlükəli üzvü zərərsizləşdirilib. SalamNews Suriya mətbuatına istinadən xəbər verir ki, hökumət qüvvələrinin İŞİD-ə qarşı əməliyyatı Dəra əyalətinin əl-Muzayrib qəsəbəsində həyata keçirilib. Burada İŞİD terror təşkilatının liderlərindən olan Əbu-Ömər əl-Şağuri ləqəbli Məhəmməd Əli əl-Şağuri və onunla birgə digər komandirlər Əhməd Xalid əl-Misri və Məhəmməd Zitavi məhv ediliblər. Qeyd edək ki, ABŞ koalisiyası da iki gün öncə Suriyanın şərqində İŞİD-in bir təhlükəli üzvünü zərərsizləşdirdiyini bildirmişdi. Bildirək ki, Suriyada İŞİD-in fəal olduğu əsas bölgə ölkə səhrasıdır. Terror təşkilatı son zamanlarda Dəra əyalətində də fəal olmağa başlamışdı. |