![]() |
DÜNYA » SİYASƏT |
![]() Səudiyyə Ərəbistanı: İsraillə əlaqələri normallaşdırmağın şərti Fələstindir Bakı, 20 yanvar, SalamNews, S.Bağırov. “Ər-Riyadla Təl-Əviv arasında diplomatik əlaqələr qurulmazdan əvvəl Fələstin dövləti yaradılmalıdır.” SalamNews Sputnic.Arabic-ə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan İsveçrədə Davos İqtisadi Forumu çərçivəsində Bloomberg agentliyinə müsahibəsində bildirib. "Biz ardıcıl olaraq bildirdik ki, İsraillə normallaşmanın regionun maraqlarına çox uyğun olduğuna inanırıq. Bununla belə, həqiqi normallaşma və real sabitlik yalnız fələstinlilərə ümid verməklə, onlara ləyaqət verməklə, onların dövlətinin təmin edilməsi ilə baş tuta bilər”, deyə Səudiyyə Ərəbistanın xarici işlər naziri əlavə edib. |