![]() |
DÜNYA » SİYASƏT |
![]() Makron: Ukrayna ətrafındakı vəziyyətə görə Avropa misli görünməmiş böhran yaşayır Bakı, 19 yanvar, SalamNews. Fransa prezidenti Emmanuel Makron bildirib ki, Ukrayna ətrafındakı vəziyyətə görə Avropa misli görünməmiş böhran yaşayır. SalamNews-un "TASS"a istinadla verdiyi xəbərə görə, prezident bu barədə cümə axşamı İspaniyanın “El Pais” qəzetinə müsahibəsində bildirib. "İqtisadi model bu müharibənin birbaşa və dolayı nəticələrindən güclü şəkildə təsirlənir. Cavab iqtisadi, texnoloji və hərbi cəhətdən suveren Avropadır. Başqa sözlə, həqiqətən güclü Avropa", deyə prezident vurğulayıb. Onun fikrincə, Avropa ölkələri böhrandan əziyyət çəkir və “bir növ yorğunluq” yaşayır.
|