![]() |
DÜNYA » SİYASƏT |
![]() İsrail qüvvələrinin Nablusa hücumunda fələstinli futbolcu həlak olub, yaralananlar var Bakı, 22 dekabr, SalamNews, S.Bağırov. İsrail qüvvələri işğal altında olan İordan çayının qərb sahilində yerləşən Nablusa basqın ediblər. Burada bir fələstinli futbolcu həlak olub. SalamNews Fələstin mətbuatına istinadən xəbər verir ki, İsrail qüvvələrinin Nablusa basqınında Tulkarm komandasının 23 yaşlı futbolcusu Atif Mustafa Darağma həlak olub. Futbolçu belindən güllə yarası alıb və xəstəxanada onun canını xilas etmək mümkün olmayıb. Nablus basqınında daha 32 fələstinli müxtəlif yaralar və xəsarətlər alıblar. Fələstinin baş naziri Məhəmməd Aştiya FİFA-nı bu cinayəti pisləməyə və ölçü götürməyə çağırıb. |