DÜNYA » SİYASƏT
16 Dekabr 2022, 13:50 (GMT +4)

BMT Baş Assambleyasında Fələstinin lehinə qərar qəbul edilib

Bakı, 16 dekabr, SalamNews, S.Bağırov. Birləşmiş Millətlər Təşkilatı Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnu böyük səslə tanıyıb.

SalamNews Fələstin Xəbər Agentliyinə (VƏFA) istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası böyük səs çoxluğu ilə Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnu qəbul edib.

Məlumata görə, 168 ölkə qətnamənin lehinə səs verib, 6 ölkə qətnaməni qəbul etməyib, 8 ölkə isə səsvermədə bitərəf qalıb.

Fələstinin BMT-dəki daimi nümayəndəsi, səfir Riyad Mənsur öz növbəsində BMT-də qətnamənin lehinə səs verən ölkələrə təşəkkürünü və minnətdarlığını ifadə edərək deyib:

“Bu uzun çəkən gözləntidən sonra qətnamə qəbul edildi və indi rellaşdırılmalıdır.”

Qətnamə Misir və Fələstin tərəfindən və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər adından təqdim edilib. Qətnamə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına üzv dövlətlərin əksəriyyəti, o cümlədən Avropa Birliyi ölkələri, Latın Amerikası, Asiya və Afrika ölkələri tərəfindən dəstəklənib.