![]() |
AZƏRBAYCAN » CƏMİYYƏT |
![]() Bakıda 71 nömrəli marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdiriləcək Bakı, 14 dekabr, SalamNews. Sabah Bakıda 71 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. Bu barədə SalamNews-a Bakı Nəqliyyat Agentliyindən bildirilib. Məlumata görə, dəyişikliyin səbəbi paytaxtın Binəqədi rayonu ərazisində - "Baksol" yolunda aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətin tətbiq edilməsidir. Məhdudiyyətlərə uyğun olaraq sözügedən marşrut xətti üzrə avtobusların hərəkəti “Azadlıq prospekti” metro stansiyası - Baksol yolu (məhdudiyyət tətbiq edilən hissəyə qədər) istiqamətində təşkil ediləcək. |