DÜNYA » SİYASƏT
12 Dekabr 2022, 10:51 (GMT +4)

ABŞ Suriyanın şərqində iki İŞİD komandirini zərərsizləşdiriyini bildirib

Bakı, 12 dekabr, SalamNews, S.Bağırov. ABŞ Ordusu Suriyanın şərqində İŞİD terror təşkilatının iki komandirini məhv etdiyini bildirib.

SalamNews xəbər verir ki, bu barədə ABŞ Ordusunun Mərkəzi Komandanlığı CENTCOM məlumat yayıb.

CENTCOm tərəfindən verilən bəyanatda bildirilib ki, əməliyyat Suriyanın şərqinə hava zərbələrinin endirilməsi ilə həyata keçirilib.

Ötən gün səhər həyata keçirilən bu əməliyyatda biri Ənəs ləqəbli olmaqla iki İŞİD komandirinin məhv edildiyi və bundan sonra terror təşkilatı daxilindəki koordinasiya işlərində ciddi ləngimələrin olacağı iddia edilib.

Qeyd edək ki, ABŞ və onun dəstəklədiyi separatçı kürd birləşmələri 2014-cü ildən başlayaraq, İŞİD-lə mübarizə adı altında Fəratın şərqini (Suriya) və buradakı neft-qaz yataqlarını zəbt ediblər.