![]() |
DÜNYA » SİYASƏT |
![]() İranın Məşhəd şəhərində terror qrupu zərərsizləşdirilib Bakı, 10 dekabr, SalamNews, S.Bağırov. İranın Məşhəd şəhərində imam-cüməyə qarşı terror aktı planlayan qrup üzvləri ələ keçirilib. SalamNews Tasnim İnformasiya Agentliyinə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabının Keşikçilər Ordusunun Xorasan-Rəzəvi Nümayəndələyi bəyanat verib. Bəyanatda bildirilib ki, “Ceyşul-Ədl” terror qruplaşmasının Məşhəd şəhərində imam-cümə, əyalət binası və sair dövlət obyekt və adamlarına hücumlar planlayan qrupunün üzvləri müəyyənləşdirlirək, ələ keçirilib. Bu şəxslərin sığınacaqlarından silah-sursat və partlayıcı maddələr aşkaralanaraq götürülüb. Qrupla digər əyalətlərdə əməkdaşlıq edən şəxslərin ələ keçirilməsi istiqamətində əməliyyatların davam etdiyi deyilib. |