![]() |
AZƏRBAYCAN » SİYASƏT |
![]() Nazir müavini: Qeyri-qanuni daşımaların qarşısını ala bilmirik Bakı, 9 dekabr, SalamNews. Təəssüf ki, hələ də qeyri-qanuni sərnişindaşıma həyata keçirilir. SalamNews xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib. “Davamlı tədbirlər keçirilməsinə baxmayaraq, qeyri-qanuni daşımaların qarşısını ala bilmirik. Bunun qarşısının alınmasının ən müvafiq yolu qanunvericilikdə dəyişiklik etməkdir. Biletim.az qanunsuz sərnişindaşımaların da qarşısını alacaq”, - deyə nazir müavini qeyd edib. |