AZƏRBAYCAN » SİYASƏT
09 Dekabr 2022, 11:00 (GMT +4)

Prezident yeni alınmış xüsusi təyinatlı texnikalar və təcili tibbi yardım avtomobilləri ilə tanış olub

Bakı, 9 dekabr, SalamNews. Dekabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən alınmış və işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalar və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub.

SalamNews xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.