![]() |
DÜNYA » İQTİSADİYYAT |
![]() Dünyada milyarderlərin sayı azalıb Bakı, 9 dekabr, SalamNews. Dünyada milyarderlərin sayı 2021-ci illə müqayisədə 2022-ci ildə 2775 nəfərdən 2688 nəfərə qədər azalıb. SalamNews “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə məlumat İsveçrənin UBS bankının hesabatında yer alıb. Milyarderlərin ümumi sərvətinin 13,1 trilyon dollardan 12,7 trilyon dollara qədər azaldığı qeyd edilir. 360 nəfərin sərvəti 1 milyard dollara çatmır. Bununla yanaşı, 2022-ci ildə siyahıya 273 yeni milyarder daxil edilib. Bankın məlumatına görə, ən çox milyarderi olan ölkələr siyahısına 735 nəfərlə ABŞ başçılıq edir. 2021-ci ilə nisbətən onların sayı 11 nəfər artıb, ümumi sərvəti isə 7% artaraq 4,701 trilyon dollara çatıb. Milyarderlərin və onların aktivlərinin sayında ən ciddi azalma Rusiyada baş verib. Bank bildirib ki, 2022-ci ilin martında ölkədəki milyarderlərin sayı 83 nəfər təşkil edib. 2021-ci ildə bu rəqəm 117 olub. Onların kapitalı 43,5% azalaraq 578,1 milyard dollardan 326,9 milyard dollara düşüb. Dekabrın 7-də amerikalı sahibkar İlon Mask bir neçə dəfə "Forbes" jurnalının planetin ən varlı şəxsləri reytinqində ikinci sıraya düşsə də və yenidən birinci pilləyə qayıdıb. Milyarder 2021-ci ilin sentyabrında liderliyi ələ keçirib və o vaxtdan bəri mövqeyini qoruyur. Çərşənbə günü o, "LVMH"nin sahibi Bernard Arnaultdan qısa müddətlik geri qalıb.
|