AZƏRBAYCAN » CƏMİYYƏT
08 Dekabr 2022, 18:00 (GMT +4)

Bakı, Sumqayıt və Abşeronda dekabr ayının pensiyaları ödənilib

Bakı, 8 dekabr, SalamNews. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib.

Bu barədə SalamNews-a Nazirlikdən məlumat verilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə də pensiyalar, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.