![]() |
AZƏRBAYCAN » CƏMİYYƏT |
![]() ASCO-nun “Zığ” zavodunda bu il 30 gəmi təmir olunub Bakı, 8 dekabr, SalamNews. Bu il "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda 30 müxtəlif təyinatlı gəmi təmir edilib. Bu barədə SalamNews-a ASCO-dan bildirilib. Məlumata görə, gəmilərin 13-ü əsaslı, 10-u tərsanə, 7-si cari təmirdən keçib. “Bu üzən vasitələrin 29-u ASCO-ya, 1-i isə kənar təşkilata aiddir”, - məlumatda bildirilir. ASCO geniş həcmdə peşəkar gəmi təmiri və dəniz mühəndislik xidmətləri təqdim edir. Həm "Zığ" zavodunun əsas fəaliyyət istiqaməti ASCO-ya və başqa təşkilatlara məxsus gəmiləri və texniki avadanlıqları təmir etməkdən və onlar üçün sifarişlər əsasında müxtəlif növ ehtiyat hissələri hazırlamaqdan ibarətdir. |