DÜNYA » SİYASƏT
07 Dekabr 2022, 12:30 (GMT +4)

BMT nümayəndəsi Nəcəfdə Ayətullah Sistani ilə görüşüb

Bakı, 7 dekabr, SalamNews, S.Bağırov. BMT baş katibinin nümayəndəsi Janin Plasxart Nəcəf-Əşrəf şəhərində Ayətullah Seyid Əli Sistani ilə görüşüb.

SalamNews bu barədə İraqın əl-Əhd xəbər agentliyinə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, Plasxart Ayətullah Sistani ilə görüşdən sonra açıqlama verərək, bu günü "fərqli və böyük gün" adlandırıb.

"Cənab Sistaninin bugünkü görüşdən sonra verdiyi mesaj İraqda bütün xalqın dinc şəkildə yanaşı yaşamasına xidmət edir", deyə BMT nümayəndəsi əlavə edib.

Ölkədə siyasi vəziyyətə gəldikdə isə Plasxart deyib: "Biz cənab Sistani ilə heç bir siyasi məsələni müzakirə etməmişik."