![]() |
DÜNYA » SİYASƏT |
![]() Rəsmi Dəməşq Avropanın Suriyada kimyəvi silahdan istifadə ilə bağlı bəyanatına cavab verib Bakı, 2 dekabr, SalamNews, S.Bağırov. Rəsmi Dəməşq Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsinin kimyəvi silahlarla bağlı yaydığı bəyanatını beynəlxalq ictimaiyyəti yenidən yanlış istiqamətə yönəltmək olduğunu bildirib və Suriyanın öz fəaliyyətində belə silahlardan istifadə etmədiyini və bundan sonra da istifadə etməyəcəyini deyib. SalamNews SANA-a istinadən xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyi bəyanat verib. Bəyanatda deyilir: “Bəzi Qərb ölkələri və Avropa İttifaqının nümayəndələri Suriya və Rusiya kimi ölkələrin kimyəvi silahdan istifadə etmələri ilə bağlı beynəlxalq ictimaiyyəti çaşdırmaqda israrlıdırlar. Onlar bu iki ölkənin imicinə xələl gətirmək və öz müstəmləkəçilik məqsədlərinə xidmət etmək üçün belə bir mövzudan istifadə edir, müxtəlif xalqlara qarşı öz sabiq cinayətlərini ört-basdır edirlər.” Bəyanatda əlavə edilib: “Bu silahlar Avropada icad edilib və bəzi Avropa ölkələri və Amerika Birləşmiş Ştatları tərəfindən dünyanın bir çox yerində istifadə olunub. Avropa İttifaqının nümayəndələri bu yalanların arxasında gizlənə bilməzlər, çünki onların bu silahlardan dünyanın müxtəlif yerlərində istifadə etmələri, xüsusilə nüvə silahlarının istifadəsi faktları onlara həqiqəti saxtalaşdırmağa imkan verməz.” Suriya Xarici İşlər Nazirliyi deyib: “Suriya təkid edir ki, öz tarixində belə silahlardan istifadə etməyib və istifadə etməyəcək, Suriyada onlardan istifadə edənlər isə terrorçu qruplar və Qərb kəşfiyyat xidmətləridir.” |